Xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olur (VİDEO)

Xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olur (VİDEO)
 
Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb.

Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri baxımsızlıqdan çürüyərək sıradan çıxıb. İkinci mərtəbənin tavanı isə yağış sularının sızması nəticəsində yararsız hala düşüb. 

Bundan başqa, binanın arxa divarlarında bəzi çatlar da yaranıb. 

Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov bildirir ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi abidəyə mütəmadi nəzarət edir. Tarixi binanın restavrasiya edilməsi ilə bağlı nazirliyə də müraciət olunub.

Bina hazırda kənd xəstəxanası kimi fəaliyyət göstərir. 

Qeyd edək ki, abidənin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, evin istilik, kanalizasiya sistemi və su xətti hələ də işlək vəziyyətdədir.



OXŞAR XƏBƏRLƏR

Füzulidə peşə məktəbində PUA və dron TƏMİRİ ÖYRƏDİLƏCƏK

Qarabağda ümumilikdə 8 peşə məktəbinin inşası nəzərdə tutulub ki, onlardan biri də məhz Füzuli peşə məktəbidir.   Sfera.az İTV-yə istinadən xəbə...

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə DÜŞDÜ

Paytaxtın Maştağa qəsəbəsindəki Məmmədbağır qəbiristanlığında 10-larla məzar su altındadır.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, y...

Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Bərdədə baş vermiş bıçaqlanma ilə bağlı yeni görüntülər yayılıb.   Sfera.az bildirir ki, Oxu.az-ın əldə etdiyi müşahidə kamerası kadrlarında Vət...

38.000 dollarlıq Hermes Lüks Çantasının real qiyməti nədir?

Maşın qiymətinə çantalar, ev qiymətinə qol saatları... Çoxumuzun almağa imkanı olmasa da, dəbdəbəli əşyaların qiyməti çənəmizin açıq qalmasına kifayət edir. &n...

“Harri Potter” aktyorlarının adları açıqlandı

J. K. Rowlingin “Harri Potter” kitab seriyasının filmə uyğunlaşdırılmasından 24 il keçir. 7 kitab üçün çəkilmiş 8 filmin hər biri “Potterheads...

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

Sərhəd Şəxsiyyət Pozuntusunun (Boderline) təxminən 9 əlaməti olduğuna dair yanlış bir fikir olsa da, tibb elmi bu simptomların faktiki sayının 5 olduğunu deyie....