Gədəbəyin sabiq icra başçısının məhkəməsi davam edir

20:51 / 13.09.2019
15996
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, Gədəbəy Rayon Məhkəməsində hakim Marif Kazımovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 19-na təyin olunub.
Qeyd edək ki, keçmiş icra başçısı barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.
Xatırladaq ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.