İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb
 

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, Böyük və Kiçik Qafqazda səhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, sentyabrın 15-də isə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-26, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 13-17 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-27 dərəcə isti təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə DÜŞDÜ

Paytaxtın Maştağa qəsəbəsindəki Məmmədbağır qəbiristanlığında 10-larla məzar su altındadır.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, y...

Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Bərdədə baş vermiş bıçaqlanma ilə bağlı yeni görüntülər yayılıb.   Sfera.az bildirir ki, Oxu.az-ın əldə etdiyi müşahidə kamerası kadrlarında Vət...

38.000 dollarlıq Hermes Lüks Çantasının real qiyməti nədir?

Maşın qiymətinə çantalar, ev qiymətinə qol saatları... Çoxumuzun almağa imkanı olmasa da, dəbdəbəli əşyaların qiyməti çənəmizin açıq qalmasına kifayət edir. &n...

“Harri Potter” aktyorlarının adları açıqlandı

J. K. Rowlingin “Harri Potter” kitab seriyasının filmə uyğunlaşdırılmasından 24 il keçir. 7 kitab üçün çəkilmiş 8 filmin hər biri “Potterheads...

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

Sərhəd Şəxsiyyət Pozuntusunun (Boderline) təxminən 9 əlaməti olduğuna dair yanlış bir fikir olsa da, tibb elmi bu simptomların faktiki sayının 5 olduğunu deyie....

ABŞ və Böyük Britaniyanın az qala düşmən olmasına səbəb olan hadisə: Donuz müharibəsi

Hadisə adi fermerin öz bağında kartofunu yeyən donuzu vurması ilə başlayıb. Donuzun sahibi ingilis, fermer amerikalı idi və hər ikisi eyni adada yaşayırdılar, h...