Fidan Hacıyevaya vəzifə verildi

Fidan Hacıyevaya vəzifə verildi
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub. 

Sfera.az bildirir ki, idarədən verilən məlumata görə, məktəbin direktor vəzifəsinə opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin edilib.

 

Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə  Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif edilib.

2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar  vokal ifaçılarının müsabiqəsi”nin qalibi olub.  2015-ci ildə  Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti” adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. 

Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen” ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen”i adlandırılır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Füzulidə peşə məktəbində PUA və dron TƏMİRİ ÖYRƏDİLƏCƏK

Qarabağda ümumilikdə 8 peşə məktəbinin inşası nəzərdə tutulub ki, onlardan biri də məhz Füzuli peşə məktəbidir.   Sfera.az İTV-yə istinadən xəbə...

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə DÜŞDÜ

Paytaxtın Maştağa qəsəbəsindəki Məmmədbağır qəbiristanlığında 10-larla məzar su altındadır.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, y...

Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Bərdədə baş vermiş bıçaqlanma ilə bağlı yeni görüntülər yayılıb.   Sfera.az bildirir ki, Oxu.az-ın əldə etdiyi müşahidə kamerası kadrlarında Vət...

38.000 dollarlıq Hermes Lüks Çantasının real qiyməti nədir?

Maşın qiymətinə çantalar, ev qiymətinə qol saatları... Çoxumuzun almağa imkanı olmasa da, dəbdəbəli əşyaların qiyməti çənəmizin açıq qalmasına kifayət edir. &n...

“Harri Potter” aktyorlarının adları açıqlandı

J. K. Rowlingin “Harri Potter” kitab seriyasının filmə uyğunlaşdırılmasından 24 il keçir. 7 kitab üçün çəkilmiş 8 filmin hər biri “Potterheads...

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

Sərhəd Şəxsiyyət Pozuntusunun (Boderline) təxminən 9 əlaməti olduğuna dair yanlış bir fikir olsa da, tibb elmi bu simptomların faktiki sayının 5 olduğunu deyie....