Yevlaxda üstünə təkər düşən 71 yaşlı qadın ölüb

Hadisə
14:43 / 13.09.2019
2988
Yevlaxda 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Kövər kənd sakini, 1948-ci il təvəllüdlü Qunca Quliyevə təsərrüfatında təmizlik işləri apararkən divarda asılı olan motosiklet təkəri onun üzərinə düşüb. Xəstəxanaya yerləşdirilən qadın aldığı xəsarətdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.