Qəbələdə regional konfrans keçirilib

Qəbələdə regional konfrans keçirilib
 

Respublika Ağsaqqallar Şurasının, Qəbələ rayon İcra Hakimiyyətinin və "Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə "Qafqaz Resorte” otelində "Prezident İlham Əliyevin yeni islahatlar: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda regional konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda respublikanın 15 şəhər və rayonundan ağsaqqallar və gənclər iştirak edib.

Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli ideologiyanın həyata keçirilməsi üçün gənclərlə müntəzəm görüşlər təşkil olunduğunu, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını bildirib. O, ağsaqqalların keçdiyi şərəfli həyat yolundan nümunələr göstərib. Millət vəkili Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.

 

Daha sonra konfransda Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin komitə sədri, akademik, Respublika Ağsaqqallar Şurasının sədr müavini Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini Sudeyif İmamverdiyev çıxış ediblər. Natiqlər qeyd edib ki, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb, yeni islahatlar nəticəsində bütün sahələr inkişaf etdirilərək uğur əldə olunub.

Konfransda Azərbaycan vətəndaşının sosial-rifah halının yaxşılaşması üçün görülən işlərdən, ölkəmizdə pensiya və əmək haqlarının artırılması, səhiyyənin, təhsilin, sahibkarlığın, sənayenin, yol infrastrukturunun, turizmin, bütövlükdə regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlardan danışılıb və əldə edilən uğurların göstəriciləri barədə faktlar səsləndirilib.

 


OXŞAR XƏBƏRLƏR

Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürüldü

Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reani...

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan...

Sel suları Ağsuda avtomobil yolunu yararsız hala saldı - FOTO

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. ...

Sabunçu tunelində işlər davam etdirilir - VİDEO

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış əraz...

İlham Əliyev Armitacın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Zaqatalada 35 yaşlı kişi faciəvi şəkildə öldü

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.   Sfera.az  APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfə...