Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri beynəlxalq təşkilatlara çağırış edib

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri beynəlxalq təşkilatlara çağırış edib

"Qondarma cinayətkar xunta rejimi Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayır və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədilə işğalın nəticələrini "legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”. 

Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

"Onlar bu istiqamətdə qondarma seçkilər keçirir və bir-iki nəfər deputatı, hansısa xarici ölkənin nümayəndəsini ora dəvət edirlər. Beynəlxalq təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz çətin vəziyyətin göstəricisidir”, - T. Gəncəliyev vurğulayıb.

 

İcma sədri qeyd edib ki, bu təxribatların heç bir nəticəsi olmayacaq: "Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən beynəlxalq təşkilatların nümayəndələrinə çağırış edərək, onları Azərbaycanın əzəli və işğal olunmuş torpaqlarına qanunsuz səfərlər etməməyə çağırıram. Çünki bu səfərlərin heç bir hüquqi əsası yoxdur".



OXŞAR XƏBƏRLƏR

Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürüldü

Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reani...

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan...

Sel suları Ağsuda avtomobil yolunu yararsız hala saldı - FOTO

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. ...

Sabunçu tunelində işlər davam etdirilir - VİDEO

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış əraz...

İlham Əliyev Armitacın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Zaqatalada 35 yaşlı kişi faciəvi şəkildə öldü

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.   Sfera.az  APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfə...