\"Sian-Bakı\" blok qatarının marşrutu Polşayadək uzadılacaq

\
 

Sian-Bakı” blok qatarının marşrutu Polşada yerləşən Slavkov Avroterminalına qədər uzadılması məsələsi gündəmdədir.

Sfera.az-ın " APA-Economics”ə istinadən məlumatına görə, bu barədə Krakov şəhərində 3-cü Dəmiryolu İqtisadi Forumu zamanı "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC-nin rəhbəri Natiq Cəfərov bildirib.

Onun sözlərinə görə, şirkətin Slavkov terminalından İranın Astara stansiyasına sınaq məqsədli konteyner daşıması uğurla həyata keçirilib.

Hazırda "Sian-Bakı” konteyner blok qatarının marşrutu Ukrayna və Türkiyəyə qədər çatdırılıb. Marşrutun Slavkov Avroterminalınadək uzadılması məsələsi gündəmdədir. Həmçinin Slavkov-Bakı-Orta Asiya marşrutu üzrə müntəzəm konteyner blok qatarlarının buraxılması da nəzərdə tutulur, deyə N. Cəfərov qeyd edib.

Qeyd edək ki, tədbir iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının həcminin artırılması istiqamətində atılan addımlardan – yeni infrastrukturun yaradılması, fider gəmilərin xəttə buraxılması, idarəetmə sisteminin modernləşdirilməsi kimi məsələləri qeyd ediblər.


OXŞAR XƏBƏRLƏR

Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürüldü

Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reani...

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan...

Sel suları Ağsuda avtomobil yolunu yararsız hala saldı - FOTO

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. ...

Sabunçu tunelində işlər davam etdirilir - VİDEO

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış əraz...

İlham Əliyev Armitacın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Zaqatalada 35 yaşlı kişi faciəvi şəkildə öldü

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.   Sfera.az  APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfə...