«Atamız Nigarın dəfnində iştirak edə bilmədi»

«Atamız Nigarın dəfnində iştirak edə bilmədi»

Özünə qəsd edən gənc qızın bacısı mediada yayılan xəbərləri təkzib etdi

Aytac Vahabova: «Bəzən elə şeylər var ki, o səbəbsiz olur. Yaxud da səbəbi o qədər böyük olur ki,

 onu paylaşmaq istəmirsən»

Fevralın 8-də canına qəsd edən Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi 23 yaşlı Nigar Vahabovanın
 intiharı ölkədə rezonans doğurdu. O, bir müddət "İki sahil" qəzetinin korrektoru kimi çalışdıqdan sonra xarici
 şirkətlərin birində işə düzəlibmiş. 

İctimai televiziyanın aparıcısı Aytac Vahabova bacısının özünə qəsd etməsi barədə "Bizim Yol"a danışıb. 
Aytac Vahabova Nigarın 33 yaşlı oğlanla sevgili olması, oğlanın bacısı ilə evlənməsi üçün ailəsindən ayrılması 
və anasının bu evliliyə "yox" deməsi barədə iddiaların əsassız olduğunu bildirdi: "Mənim bacımın sevgilisi olmayıb. 
İntihar etməmişdən bir gün öncə saat 4-ə qədər biz telefonla danışmışıq. Səhəri isə məndən "Facebook" profilini 
düzəltməyimi istədi".

O, bacısının intihar etməmişdən öncə valideynlərinə xitabən məktub yazması barədə deyilənlərin də dorğu 
olmadığını dedi: "Bacımın məndən yaxın rəfiqəsi olmayıb. Onun intihar etmə səbəbi bizə məlum deyil. Bəzən 
 elə şeylər var ki, o səbəbsiz olur. Yaxud da səbəbi o qədər böyük olur ki, onu paylaşmaq istəmirsən. 

Nigarın maddi durumunda çətinliklərin olması barəsində deyilənlər də həqiqətə uyğun deyil. Ölümündən üç
 gün öncə onun illik təhsil haqqı tam ödənilib. Hətta ona avtomobil almaq üçün pul da verilib".

Nigarın intihar etməsinə səbəb kimi göstərilən iddialardan biri də odur ki, guya onun bir nəfərdə ictimailəşməsi 
arzuolunmaz olan fotolar olub, həmin şəxs də fotoları paylaşacağını deyib. Bundan narahat olan Nigar intihar
 edib. A.Vahabova bu iddianı da təkzib etdi: "O "selfie" çəkdirməyi xoşlayırdı. Nigar başqasının onun şəkilini 
çəkməsini istəmirdi". 

Aytac deyir ki, o bacısı ilə bir evdə yaşayıb. Amma 10 gündür ki, nənəsinin yanında olub. O, səhhətində problem
 yaranmış yaşlı qadına qulluq edirmiş.

Bacısı bildirir ki, Nigarla vida mərasimində onun yaxın dostları, müəllimləri iştirak edib: "Biz sevgilisiz, nişansız,
 toysuz həyatını sona yetirən Nigarımızı vağzalı sədaları ilə son mənzilə yola saldıq. Rusiyada yaşayan atamız 
Nigarın vida mərasimində iştirak edə bilmədi. Amma onun üçün gül dəstəsi hazırlatdırıb göndərmişdi. Nigarımızı
 doğulduğu Şüvəlan qəsəbəsinin qəbiristanlığında dəfn etdik. Mən düşünürəm ki, o alın yazısını yaşadı. 
Burada arzuolunmaz səbəblər axtarmağa dəyməz". 

A.Vahabova məlumatı dəqiqləşdirmədən yayan media mənsublarına müraciət etdi: "Xahiş edirəm ki, dedi-qoduları ictimailəşdirməsinlər".

O, ekspertiza rəyinin onlara məlum olduğunu da açıqladı: "Həmin sənəddə Nigarın özünə qəsd etdiyi bildirilir". 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...