Gəncədə 18 yaşlı qız itkin düşüb

Hadisə
12:00 / 13.09.2019
1882
Gəncədə 18 yaşlı qız itkin düşüb.
Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini Zeynəb Əmrahova Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək qızı, 2001-ci il təvəllüdlü Solmaz Səmədovanın ötən gün saat 15:30 radələrində yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.