Mərhum pilotumuzla bağlı üzücü xəbər: Həyat yoldaşının adına profil açılıb, pul yığırlar...

Mərhum pilotumuzla bağlı üzücü xəbər: Həyat yoldaşının adına profil açılıb, pul yığırlar...
İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.

Sfera.az Teleqraf.com-a istinadən xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kimlərinsə insanların Rəşada sevgisindən istifadə etmək istədiyini qeyd edib.

"Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanımın adından profil açıb, Rəşadın adından istifadə edərək pul toplayır. Dostlar, sizdən xahişim budur, hər kəs bilsin ki, Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın. Bu insanı da axtarıb taparıq, inşallah. İnsanlar bilsin ki, kimsə Rəşadın üzərindən ailəsi adından pul yığır. Aldığım məlumat belədir".

Nicat Atakişiyev qardaşının xanımının da müraciətini sosial mediada paylaşıb:

"Könül xanımın adından sosial şəbəkələrdə "Rəşad Atakişiyev" adı ilə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, Könül xanım heç bir sosial şəbəkədən istifadə etmir və heç bir digər adlarla səhifələr yaratmayıb. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, o saxta adlı insanları ifşa edin".

OXŞAR XƏBƏRLƏR

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir.   Sfera.az xəb...

Avropada müqəddəs su içən turistlər ölümcül vəba xəstəliyinə tutuldular

Epidemiyalar qeyri-gigiyenik şəraitə görə yayılmağa başlayır və həyatımızı təhlükə altına alır.   Sfera.az bildirir ki, bu dəfə Efiopiyada “müqəd...

Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb.   Sfera.az xəbər verir ki...

DİN əlavə polis naryadları cəlb etdi

Ölkə ərazisində davam edən leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar yarana biləcək yol qəzalarının və digər xoşagəlmə...

Qrossi: İran nüvə silahı yaratmağa yaxındır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır.   Sfera.az ...

Son 59 ilin rekordu: Bakıya 15 saat ərzində yağan yağış...

Hazırda yağıntıların davam etdiyini nəzərə alsaq, onun miqdarının artacağı da gözləniləndir.   Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya...