Xoşbəxtlik naziri, 22 yaşlı Oxford məzunu... - BƏƏ-nin yeni qadın nazirləri - BƏƏ-nin yeni qadın nazirləri

Xoşbəxtlik naziri, 22 yaşlı Oxford məzunu... - BƏƏ-nin yeni qadın nazirləri  - BƏƏ-nin yeni qadın nazirləri

Birləşmiş Ərəb Əmirliyi Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki kabinetdə ən diqqətçəkən məqam gənc kadrlara, xüsusən də, qadınlara üstünlük verilməsi olub. Yeni nazirlərin orta yaş həddi 38-dir. Kabinetin 29 üzvündən 8-i qadındır.

Digər maraqlı məqam isə, yeni yaradılan Xoşbəxtlik Nazirliyi postu olub. Bu nazir postuna Ohood Al Roumi təyin edilib.

Şəmma Əl Mazrui Gənclərlə İş üzrə Dövlət Nazirliyinə rəhbərlik edəcək. 22 yaşlı nazir Oxford məzunudur.

Nura Əl Kaabi isə Federal Milli Şura üzrə nazir təyin edilib.

20 illik təhsil sahəsində təcrübəsi olan Jameela Salem Əl Muhairi Ümumi Təhsil naziri təyin edilib. 

Üç uşaq anası olan Najla Əl Avar İctimai İnkişaf naziri seçilib.

Xatırladaq ki, yeni kabinetin tərkibini BƏƏ-nin vitse-prezident və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum tvitter hesabında elan etmişdi. 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...