Ata olan şəxslərə ödənişli məzuniyyət veriləcək
Dünya
12:50 / 12.09.2019
980
İsveçrə parlamenti ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı qanun qəbul edib.
Sfera.az bildirir ki, İsveçrə Senatından sonra Nümayəndələr Palatası da qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 129 parlamentari səs verib, 62 nəfər isə səsvermədə iştirak etməyib.
Yeni qanuna görə, övladı dünyaya gəlmiş atalar iki həftəlik atalıq məzuniyyəti götürə biləcək və bu müddətdə əmək haqqlarını ala biləcəklər.