Universitet gənc qızlara həyat yoldaşı tapmaq üçün ideal məkandır – Ekspertdən qalmaqal yaradacaq açıqlama

Universitet gənc qızlara həyat yoldaşı tapmaq üçün ideal məkandır – Ekspertdən qalmaqal yaradacaq açıqlama

Şərq ölkələri ilə Qərb ölkələrinin mentaliteti tamamilə fərqlidir. Qərbdə gənclər gələcək həyat yoldaşlarını özləri axtarıb tapır. Onların bibinin, xalanın, əminin köməyinə ehtiyacları yoxdur. Şərqdə isə bu məsələ daha çox böyüklərin məsləhəti, bəzən hətta göstərişi ilə həll olunur”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil üzrə ekspert Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, ilbəil yaşı keçmiş qızların sayında artım müşahidə olunur və bu, həlli vacib problemə çevrilib:

 

"Ökədə gənclərin bir-birini görüb bəyənməsi üçün normal mühit yaradılmalıdır. Toya pul salmaq lazımdır deyə, əksər valideynlər övladlarını özləri ilə apara bilmir. Yas yerlərinə də daha çox yaşlı nəslin nümüyəndələri gedir. Buna görə də gənc qızların əksəriyyəti dörd divar arasında qalıb. Ağsaqqallar, aidiyyati dövlət qurumları bunu görməlidir, ya yox? Sözügedən vəziyyətdən ən yaxşı çıxış yolu budur ki, universitetlər giriş qapısını gen, çıxış qapısını dar açsın. Yəni, orta məktəbləri bitirən 100 məzundan 70-80-i universitetlərə buraxılsın. Düşünürəm ki, universitet gənc qızlara həyat yoldaşı tapmaq üçün ideal məkandır”.

 

Şahlar Əsgərov düşünür ki, ali məktəblərə qəbul hər kəsə əlçatan olmalıdır: "Axı heç bir Avropa ölkəsində qəbul imtahanları yoxdur, qeydiyyat var. Bizdə isə qəbul imtahanları sanki bir tərəzidir. Qoyublar qapının ağzına, çəkirlər, deyirlər, yox, sən yaramırsan. Niyə yaramır? Pul verəndə yarayır, pul verməyəndə yaramır? Misalçün, Hindistanda 70-100 min tələbəsi olan universitetlər var. Onların hamısı savadlı deyil ki. Onların arasında bilik səviyyəsi bizim 6-cı, 7-ci, 8-ci sinif şagirdlərinin bilik səviyyəsini aşmayanlar var.Hindistanın ali məktəbləri həmin gənclərə əkinçilik, maldarlıq və s. peşələri, savadlı tələbələrə isə elm öyrədir. Şübhəsiz ki, biliksiz gəncə həkim, müəllim, hüquqşünas, mühəndis və s. diplomu verilməməlidir. Hər kəsə öz bilik səviyyəsinə, bacarığına görə ixtisas və diplom verilməlidir.”.

 

Ekspertin sözlərinə görə, universitet mühiti mədəni, mənəvi cəhətdən zəngin, etalon bir mühitdir, burda təhsil almaq insanın şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır: "Həm də artıq qeyd etdiyim kimi, ailə institutunu yaşatmaq baxımından da universitetlərdə nə qədər çox tələbə oxusa, bir o qədər yaxşıdır. Bir var, universitetdə 10 min tələbə oxusun, bir də var, 100 min tələbə. Yəqin ki, 10 min tələbə arasından hardasa 100-200 gənc bir-birini görüb sevə və ailə qura bilər, 100 min tələbə arasından isə ailə quranların sayı çox guman ki, ən azı 1000-2000 olar. Bəyəm biz bunun qayğısına qalmamalıyıq? Əlbəttə, qalmalıyıq”.

 

Tomris

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...