Orqanizm üçün ən faydalı bitki və qidalar - SİYAHI

Orqanizm üçün ən faydalı bitki və qidalar - SİYAHI
 

"Time" jurnalı tarixin bütün dövrlərində  orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib.

Sfera.az modern.az-a istinadən Tufts Tibb Mərkəzlərinin dietoloqlarının hazırladığı siyahıdan bəzi bitki və təamları təqdim edir:
 
1. Ghe yağı - hind mətbəxində istifadə olunur. Dadlı və orqanizm üçün faydalıdır. Duzsuz kərə yağından əldə edilir. Mədə-bağırsaq xəstəlikləri, dəri və gözaltı qırışları aradan qaldırır, qan dövranının fəaliyyəti üçün çox faydalıdır;
 
2. Harissa sousu - Mərakeş mətbəxinə aid olan həddindən artıq acı ədviyyatdır. Sousda bibər, zeytun yağı, sarımsaq və bəzi acı ədviyyatlardan istifadə olunur. Tərkibində xalestrol və şəkərin olmaması onun orqanizm üçün faydalılıq dərəcəsini artırır. İmmun sistemini gücləndirir.
 
3. Keçi pendiri - başqa ev heyvanlarına nisbətdə keçi pendirinin yağlılığı az olur. Bu da onun üstün tərəflərindən biridir. Əvəzində keçi pendirində inək pendirindən xeyli çox dəmir var. Bir kiloqramlıq keçi südündün tərkibində cəmi 8 qram yağ, 22 milliqram isə xalesterol olur. Bu da həzm sisteminin inkişafına xidmət edir;
 
4. Hind qozu - orqanizm üçün bir çox faydaları özündə cəmləşdirir. Tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir, əzələ yanmasının qarşısı alır. Bundan əlavə hind qozundakı maqnezium və fosforun da əlavə faydaları var. Lakin bu ünsürdən gün ərzində xüsusi rejimlə faydalanmaq lazımdır. Əks halda, əks nəticə verə bilər.
 
5. Ton balığı - həftədə 200 qram ton balığı yemək  ürək xəstəliyi riskini 36% azaldır. Bu balıqlardakı  yağ   orqanizmə müsbət təsir göstərir.  Xüsusən də göz və bağırsaq xəstəliyinə faydalı olan   "Omeqa 3" yağları həm də ürək-damar sisteminə və beynin sağlam fəaliyyətinə kömək edir.
 
6. Spirulina - Sağlamlıq üçün kifayət qədər dəyərli olan  su yosunudur. Spirulina ürək problemləri və  maddələr mübadiləsinin düzgün reaksiyasına çox kömək göstərən qidadır.
 
7. Limon - bu bitkinin faydalarından danışmaq artıqdır. C vitamini anbarı hesab edilən limon daxili və xarici xəstəliklər, ürək-damar sisteminin düzgün fəaliyyəti, qan dövranının aktiv fəaliyyəti üçün çox xeyirlidir. Tərkibində cəmi 1,5 qram şəkər, 0,2 qram protein var. Odur ki, ondan çox istifadə bədəndəki maddələr mübadiləsinin pozulmasına səbəb olmur.
 
8. Bənövşəyi kartof - antik dövrün qidası hesab olunur. Hətta onu adi insanlar və qullar yeyə bilməzdilər. Müqəddəs hesab edilən bitki əsasən, Cənubi Amerikada bitir. Lakin son illərdə Avropada da istehsalı ilə məşğul olurlar. Yediyimiz kartofdan 10 dəfə faydalı hesab edilir.
 
Siyahının növbəti pillələrində olan bitki və qidalar bunlardır: manqo, çiyələk, böyürtkən, gilənar, Lahana turşusu, Meksika spagettisi, alma, pencər, gül kələm, balqabaq,  Kimçi sousu, zeytun, zəncəfil kökü və s.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...