Səfir: "Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı və investordur"
Cəmiyyət
16:09 / 12.02.2016
703
"Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı və investordur".
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Malena Mard deyib.
Səfir Aİ-nin Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu qeyd edib: "Regionların, kənd təsərrüfatının inkişafı və ədliyyə sahəsinin islahatları prioritet sahələrdir".
Xanım Mard Aİ-nin bu sahələr üçün 75-80 milyon avro ayırdığını qeyd edib.