Rusiyanın Ermənistandakı bazasının hərbçisinin meyiti tapılıb

Hadisə
16:58 / 11.09.2019
2575
Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının hərbçisinin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Sfera.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
23 yaşlı hərbçinin bədəni kəsilmiş halda tapılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.