AXCP və REAL növbəti dialoqa dəvət olunacaq - AÇIQLAMA
"Dialoq mühitinin yaranmasının adına çox vacib tədbir idi. Heç kim heç kimə düşmən olmamalıdır. Bəzi xarici qüvvələr Azərbaycanın gənc dövlət olmasından, zəifliyindən istiafdə edib təxribat da törədə bilər”.
Sfera.az-a açıqlamasında bu sözləri bu gün baş tutmuş "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa”nı dəyərləndirən politoloq Elxan Şahinoğlu söyləyib.
Daha sonra sonra Şahinoğlu bütün partiyaların müzakirə mühitində fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb: "Biz hamımız ölkəmizin ümümi maraqları üçün çalışmalıyıq. Bütün sivil dövlətlərdə müxalifət- iqtidar qarşıdurması var. Bu normal haldır. Sadəcə, çalışmaq lazımdır ki, bu söyüş və təhqirə keçməsin. Diskusiyaya və fikir mübadiləsinə açıq olmaq lazımdır. Monoloq mühiti bu gün bizə sərf etmir. Qarşılıqlı dialoq mühitində biz birgə çalışmalıyıq. Qarşıdan parlament seçkiləri gəlir və düşünürəm ki, bu mənada tədbir siyasi proseslərə öz müsbət töhfələrini verəcək”.
Tədbirdə AXCP və Real partiyalarının təmsil olunmamasına toxunan Elxan Şahinoğlu onların bu gün iştirak etməməsinin növbəti dəfə də toplantıda təmsil olunmayacağı mənasına gəlmədiyini bildirib.
"Onlar bu günsözügedən tədbirdə yox idilərsə bu o demək deyil ki, həmin partiyalar siyahıdan silinib. AXCP və REAL növbəti tədbirlərə dəvət oluna bilərlər. Ümumiyyətlə, tədbir keçirilirsə təşkilatçılar qeydiyyatdan keçmiş bütün siyasi partiyaları oraya toplamalıdır”.
Səbuhi
Sfera.az