Merkel: ABŞ artıq Avropanı müdafiə etməyəcək
Dünya
15:22 / 11.09.2019
3646
ABŞ artıq Avropanı avtomatik olaraq müdafiə etməyəcək, buna görə Avropa İttifaqı təhlükəsizliyini təmin etmək üçün daha çox səy göstərməyə məcburdur.
Sfera.az bildirir ki, bunu Almaniya Kansleri Anqela Merkel 2020-ci il üçün federal büdcə ilə bağlı Bundestaqdakı müzakirələrdə deyib.
"Avropa ABŞ-la dəyərlərlə bağlıdır. Lakin onun Avropanın müdafiəçisi rolunu oynayacağı ilə bağlı daha avtomatizm yoxdur ", - deyə o bildirib.
Onun sözlərinə görə, bu gün bu istiqamətdə Avropa tərəfindən daha əhəmiyyətli addımlar atılmalıdır.