Xaçmazda iki maşın toqquşdu: bir ailə xəstəxanalıq oldu

Hadisə
14:48 / 11.09.2019
2239
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəhrəman Qasımovun idarə etdiyi "VAZ-21015" markalı maşınla "QAZEl" markalı yük avtomobili toqquşub.
Nəticədə, bir ailənin beş üzvü xəsarət alıb. Yaralılar, Siyəzən rayon sakinləri - 56 yaşlı Tofiq Axundov, 31 yaşlı Raziyə Axundova, 15 yaşlı Nuray Axundova, iki yaşlı Nilay Axundova, 20 yaşlı Allahverdi Beybutov Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.