Nərimanovda altı otaqlı ev yandı

Hadisə
14:25 / 11.09.2019
2395
Nərimanov rayonunda ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli altı otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildiriblər ki, hadisə nəticəsində evin 3 otağı 60 kvadratmetr və dam örtüyü 98 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.