Əhali hansı şirkətlərdən narazıdır? - Adlar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində vətəndaşların Prezident Administrasiyasına ünvanlanan şikayətləri yer alıb.
"Qafqazinfo" xəbər verir ki, məqalədə əhalinin şikayət etdiyi şirkətlərin adı da qeyd olunub.
Vətəndaşlar “Yeni Yasamal”, “Badu-Kubə”, “Şərur”, “Əzizbəy-KM”, “Xəmsə”, “Birlik”, “AAF-İnşaat”, “İN Eksklüziv Servis”, “Safari-N”, “ANT-E”, “Meqa Siti Holdinq”, “Ulduz-S”, “İlin dörd fəsli”, “Fuad”, “Feba”, “Bərəkət-İnşaat”, “Araz T.İ.”, “Dərəçiçək”, “Turac AF”, “Olimp”, “Zirvə”, “Olimpus-Az”, “Cavad”, “Bulaq-2”, “Rahatlığın Məkanı”, “İ.N.V.”, “Folklor”, “Rahat”, “RT LTD”, “Azər ATF”, “Avanqard” kimi MTK, MMC və şirkətlərin fəaliyyətindən daha çox narazılıq bildiriblər.
Bundan başqa, hüquq mühafizə orqanları tərəfindən “Həsən-96”, “Azər-Ross İK”, “Sahil-D”, “Şaiq”, “Ələsgəroğlu-K”, “Şahbulaq”, “Afşaran”, “Oskar”, “Şəfəq”, “Kosmos”, “Elita-R”, “Vedi-E”, “Kamran-B.Ə.”, “Qafqaz MTZ”, “Real”, “Sahil”, “RUH”, “196 saylı”, “200 saylı”, “Ayla”, “Hasil”, “Dağlar”, “RRR” MTK-lar, “Oskar-Qrup”, “Muray”, “Repair House” MMC-lər, “Günəş Holding” və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılmaqdadır.