Başına 300 min qoyulan terrorçu zərərsizləşdirildi
12:23 / 11.09.2019
1212
Türkiyənin Ağrı rayonunda təşkil edilən əməliyyatda PKK terror təşkilatına mənsub olan 1 terrorçu zərərsizləşdirilib.
Sfera.az bildirir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Zərərsizləşdirilən terrorçunun Türkiyənin "təhlükəli şəxslər" siyahısında yer alan Sezer İşık olduğu açıqlanıb.
Qeyd edək ki, "Kava" kod adlı Sezer İşıkın başına 300 min türk lirəsi qoyulmuşdu.