Ədliyyə nazirinin müavini Milli Məclisdə bələdiyyələrlə bağlı illik məruzə ilə çıxış edir

Ədliyyə nazirinin müavini Milli Məclisdə bələdiyyələrlə bağlı illik məruzə ilə çıxış edir

Milli Məclisin bugünkü plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə deputatların müzakirəsinə təqdim olunub. "Report"un məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Məruzədə qeyd edilib ki, keçən il vətəndaşlardan daxil olan 2 093 müraciətə baxılıb: "Müraciətlərdən 107-si tərəfimizdən tam, 20-si isə qismən təmin olunub. Daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb. Ümumilikdə 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib ki, onlardan 3-ü korrupsiya faktlarını özündə əks etdirib.

Ötən il bələdiyyələrdən daxil olan aktların sayında əvvəlki illərlə müqayisədə 11,6 faiz azalma olub. 2015-ci ildə qanunsuz torpaq satışı olmayıb. Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı 4 müraciət daxil olub. Həmin faktlar təsdiqini tapıb və hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara təqdim olunub. Keçən il rüşvətlə bağlı yalnız bir fakt qeydə alınıb".

Keçən il verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1 169 akt ləğv edilib, 531 akt dəyişdirilib, digərlərinə isə baxılır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhəkəmələrdə 19 iddia qaldırılıb.

Bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb.

Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır. 


OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...