Təhsil naziri açıqladı: iknci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb
11:02 / 11.09.2019
1790
"2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.
Sfera.az bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.
Nazir qeyd edib ki, Azərbaycanda 2 növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb.