Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Hadisə
10:16 / 11.09.2019
1005
Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
Milli.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Sfera.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.