Kriştiano Ronaldo məşhur britaniyalı futbolçunun rekordunu yenilədi

İdman
10:30 / 11.09.2019
1261
Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.
Sfera.az bildirir ki, Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo qol sayında mütləq rekord vurub.
34 yaşlı hücumçu AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb.
Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.