“Coca-Cola Azərbaycan”Vergilər Nazirliyinə qarşı

“Coca-Cola Azərbaycan”Vergilər Nazirliyinə qarşı

“Azərbaycan Coca-Cola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Vergilər Nazirliyi(VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Sfera.az Report-a istinadən xəbər verir ki, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC VN yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” departamentinin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkünsüz hesab edib.

Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...