Bulvarda dənizə düşən şəxs xilas edilib

Hadisə
19:30 / 10.09.2019
2167
Sumqayıtda bir nəfər bulvarda dənizə düşüb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.