Aeroport yolunda dəmir arakəsmələrə çırpılan maşın aşdı

Hadisə
16:10 / 10.09.2019
1051
Bakıda yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, Aeroport yolunda şəhər istiqamətində hərəkətdə olan "Chevrolet Aveo” markalı 99 UE 738 nömrə nişanlı avtomobil idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.
Hadisə yolun sürət həddi 120 km/saat olan hissəsində qeydə alınıb.
Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
(report)