Hafiz Hacıyevi mitinq qərarına vadar edən səbəb – ÖZÜ AÇIQLADI

Hafiz Hacıyevi mitinq qərarına vadar edən səbəb – ÖZÜ AÇIQLADI
 

Məlum olduğu kimi Müasir Müsavat Partiyası sentyabrın 22-nə mitinq təyin edib. Partiyadan bildirilib ki, mitinqin keçirilməsində məqsəd Azərbaycanda söz və sərbəst toplaşma azadlığının olmamasını iddia edərək ölkənin nüfuzuna xələl gətirən bəzi qüvvələrə etiraz bildirməkdir.


Həmin "bəzi şəxslər”in kimliyinə, eləcə də mitinqdə səsləndiriləcək şüarların məzmununa aydınlıq gətirmək məqsədilə əməkdaşımız Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.


Hafiz Hacıyev Sfera.az-a açıqlamasında bunları söyləyib: "Azərbaycanda dövlətimizə , xalqımıza qənim kəsilən, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışan şəxs və qurumlara etirazımızı bildirəcəyik. Bunların kimliyi isə Azərbaycan xalqına bəllidir: Onlar vaxtilə Elçibəy hakimiyyətinin devrilməsində müstəsna xidmətləri olan Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənlidir. Adını çəkdiyim şəxslər hazırda ermənilərlə birgə Azərbaycan dövlətçiliyinə qarşı çox ciddi əks təbliğata başlayıblar”.

  

Hafiz Hacıyev iddia edir ki, Əli Kərimli və Cəmil Həsənli hazırda mühacir həyatı yaşayan Sevinc Osmanqızının yardımları ilə Vaşinqtonda Azərbaycan dövlətinin əleyhinə tədbirlər keçirirlər: "Xaricdə Azərbaycan dövlətçiliyinə, dövlət müstəqilliyimizə xələl gətirən ifadələr işlədilir, fikirlər söylənir, amma Dağlıq Qarabağın adı belə çəkilmir. Həm Azərbaycanın daxilində, həm də beynəlxalq aləmdə çaxnaşma salmaq istəyən sözügedən qüvvələr mənfi reputasiyaya malik olan bəzi nazirlərlərimizlə əlbir olaraq Azərbaycan dövlətinə, prezidentə xəyanət edirlər. Müasir Müsavat Partiyası buna qarşı açıq və ciddi mübarizəyə qalxıb, sentyabrın 22-nə təyin etdiyimiz mitinq də məhz bu mübarizənin bir hissəsidir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...