Vilayət Eyvazovdan yeni təyinat

12:30 / 10.09.2019
1112
Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinliyinə yeni təyinat olub.
Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov bu vəzifəyə təyin edilib.
A.Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.