Bərdədə cibgirliklə məşğul olan qadın saxlanılıb

Bərdədə cibgirliklə məşğul olan qadın saxlanılıb
 

Bərdədə cibgirliklə məşğul olan keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a  verilən məlumta görə, Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini B.Kərimov cibindən 500 manat pulunun oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Kadırova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR