Bakıda faciə: 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Hadisə
11:36 / 10.09.2019
1090
Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.
Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.