Şahin Diniyev millimizin dünənki heç-heçəsini “fantastika” adlandırdı - AÇIQLAMA

Şahin Diniyev millimizin dünənki heç-heçəsini “fantastika” adlandırdı - AÇIQLAMA

"Millinin ötən günkü oyunu sadəcə fantastika idi. Xorvatlar ölkəmizə bir qədər arxayın gəlmişdilər, yığma qazanılan nəticə ilə göstərdi ki, heç bir komanda Bakıda asanlıqla 3 xal qazana bilməz”.


Bu sözləri Sfera.az-a açıqlamasında millimizin keçmiş çalışdırıcısı Şahin Diniyev söyləyib.

 

Yığmanın Xorvatiya ilə son oyununu təhlil edən Diniyev qazanılan heç bir nəticənin təsadüfi olmadığını vurğulayıb: "Milli dünən meydanda həqiqətən də can qoydu, görürdün ki, onlar seçmə mərhələdə artıq ilk xallarını qazanmaq üçün vuruşurlar. Məşqçi işi açıq-aşkar duyulurdu. Yurçeviçin uzun illər Xorvatiya yığma komandasında köməkçi məşqçi kimi çalışdığını və onları yaxşı tandığından xorvatlarla daha rahat oynadığını deyə bilərik. Ancaq bu faktor da baş məşqçinin işinə kölgə sala bilməz”.


Millinin Xorvatiya ilə oyununda çərçivəni qoruyan Emil Balyev haqqında xoş sözlər deyən təcrübəli çalışdırıcı, Balayevə inandığını söyləyib: "Emil öz oyunu, qurtarışları ilə göstərdi ki, millinin qapısını qorumağa layiqdir. Doğrudur, bir oyunla kiməsə qiymət vermək olmaz. Ancaq gəlin, nəzərə alaq ki, Emil Qazaxıstanın "Tobol” komandasında mütəmadi oyunlara çıxır, oyun praktikası daha zəngindir. Fikrimcə, Balayev millidə bir nömrəli qapıçı səviyyəsinə yüksəlmək yönündə irəliləyir”.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...