Əsgərliyə getməyənlər üçün yeni – QADAĞA

Əsgərliyə getməyənlər üçün yeni –  QADAĞA

Azərbaycanı tərk edə bilməyəcəklər.

Müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların 

"Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb.

Sfera.az AzərTAc-a istinadən xəbər verir ki, bunu fevralın 13-də Azərbaycan Respublikasının 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.

A.Rəhimov bildirib ki, Prezident İlham Əliyevin vətəndaşların müddətli həqiqi hərbi xidmətə

 çağırılması haqqında müvafiq Sərəncamına və "Hərbi vəzifə və hərbi xidmət haqqında” 

Azərbaycan Respublikasının Qanununa əsasən, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin 

müddətli həqiqi hərbi xidmət keçən qulluqçularının komplektləşdirilməsi məqsədilə çağırış yaşına

 çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində tam təmin edilib. 

Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan yayınmasının qarşısının alınması

 istiqamətində də zəruri işlər görülüb.

Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin

 görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib.


OXŞAR XƏBƏRLƏR