Azərbaycanda 16 il axtarışda olan şəxs tutulub

Azərbaycanda 16 il axtarışda olan şəxs tutulub
 

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 16 il axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a  verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində 2003-cü ildən axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində tutulub.


OXŞAR XƏBƏRLƏR