Bir ailədən 5 nəfərin öldüyü qəza – DİN rəsmi məlumat yaydı

Hadisə
16:16 / 09.09.2019
966
Daxili İşlər Nazirliyi İmişlidəki dəhşətli qəza barədə məlumat yayıb.
Sfera.az xəbər verir ki. nazirliyin məlumatına görə, sentyabrın 9-da gecə saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi "Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.
Nəticədə sürücü İlqar Şamxalov və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.
Avtomobil kanaldan çıxarılıb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.