Şəkidə 4 otaqlı ev yanıb

10:41 / 09.09.2019
995
Şəkidə 4 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az- a verilən məlumata görə, ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1.5 ton ot bağlaması yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.