Astarada narkotik satan dəstə ifşa olundu

Astarada narkotik satan dəstə ifşa olundu
 
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məçitməhəllə kənd sakini Ağakərim Talıbov 100 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb.

Davam edən əməliyyat tədbirləri ilə A.Talıbovun satış məqsədilə əldə edərək yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram narkotik vasitə olan heroin, 1 kiloqram 015 qram psixatrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbləri, həmçinin soyuq silah hesab edilən 1 ədəd "beşbarmaq”, 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Talıbovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlaqəli olan qrupun digər üzvləri Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Tailand bölgədəki gərginlik səbəbindən yeddi əyalətdə Kamboca ilə sərhədi bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "The Guardian"...

Messi unikal göstəriciyə imza atdı

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi unikal göstəriciyə imza atıb.   Sfera.az “Opta”ya istinadən xəbər...