22 yaşlı ana doğuş zamanı öldü - Azərbaycanda

Sağlıq
17:25 / 06.09.2019
4598
Goranboyda ana doğuş zamanı ölüb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
1997-ci il təvəllüdlü, rayon sakini Quliyeva Əfsanə Əfqan qızı doğuş zamanı həyatını itirib. Doğuş zamanı Ə. Quliyevanın qız övladı dünyaya gəlib.
Ana ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.