Rafael Ağayev Premyer Liqada finala yüksəlib
İdman
15:52 / 06.09.2019
3764
Azərbaycan idmançısı Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.
APA-nın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən beşqat dünya çempionu həlledici görüşdə Ken Nişimura (Yaponiya) ilə üz-üzə gələcək.
Bu qarşılaşma sentyabrın 8-də olacaq. R. Ağayev finaladək Fransa, Özbəkistan, Mərakeş və Ukrayna karateçilərinə qalib gəlib.
Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qoşulub. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (hər ikisi 67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.