“PAŞA Bank” deputatın oğlunu məhkəməyə verdi

“PAŞA Bank” deputatın oğlunu məhkəməyə verdi
 

Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.

Sfera.az FED.az-a istinadən xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı "Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

E.Ağamalı sayta açıqlamasında qeyd edib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".

Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalvasiya nəticəsində çətinliklərlə üzləşib.

Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikləri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: "Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamlaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik".

Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: ""PAŞA bank"ın məhkəmə müraciətindən sonra da, əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək".

O qeyd edib ki, bankın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: "Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq".


OXŞAR XƏBƏRLƏR

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulka...

Bakıda bu ərazidə yeni park salınacaq

Bakının Nəsimi rayonunda yeni park salınacaq.   Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əld...