Nazir müavini ilə bağlı sensasion iddia – Dövlət pulu ilə xaricdə şirkət açıb

Nazir müavini ilə bağlı sensasion iddia – Dövlət pulu ilə xaricdə şirkət açıb
 

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev himayə etdiyi şirkətlər vasitəsi ilə ölkədən böyük həcmdə sərmayə çıxarmaqdadır.

Sfera.az Aztoday.az-a istinadən xəbər verir ki, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövdə Şirzad Abdullayev büdcə vəsaitləri hesabına özünə yaxın olan şəxslərin şirkətlərinə böyük məbləğdə güzəştli kreditlər verib. Araşdırmalar zamanı məlum olub ki, bu kreditlər heç də təyinatı üzrə xərclənməyib. Məhz Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinin merkantil maraqları səbəbindən büdcə vəsaitləri hesabına ayrılan güzəştli kreditlərin ölkə iqtisadiyyatına ciddi bir qatqısı müşahidə edilmir.

Şirzad Abdullayevin sayəsində Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan şirkətlər arasında "D.Fruit”, "Ecofruit” və "Ecodry” MMC-lər də var. Meyvə istehsalı və satışı sahəsində ixtisaslaşmış bu şirkətlərə Dəmirovlar qardaşları – İsaməddin, Dəmir və Əmir – rəhbərlik edir. Şirzad Abdullayevin himayə etdiyi Dəmirov qardaşları şirkətləri vasitəsi ilə Sahibkarlığa Kömək Milli Fondundan on milyonlarla manat kredit götürüb. Kreditlər hesabına ölkə daxilində müəyyən işlər görən Dəmirovlar son illər biznesini xaricə çıxarmağa başlayıb. Belə ki, büdcə vəsaitləri hesabına Dubayda "Al Faydah Foodstuf Trading” LLC şirkətini quran Dəmirovlar son illər ölkə daxilindəki borc öhdəliklərindən məharətlə yayınmağa çalışır. Müşahidələr göstərir ki, İsaməddin Dəmirov Azərbaycanla birdəfəlik üzlüşmək istəyir.

Məlumatlara görə, "D.Fruit”, "Ecofruit” və "Ecodry” MMC-lər heç də şəffaf fəaliyyət göstərmirlər. Vergi və başqa məcburi ödəmələrdən də məharətlə yayınırlar…

Səslənən ittihamlarla bağlı "D.Fruit” MMC ilə əlaqə saxlasaq da heç bir münasibət bildirilmədi.


OXŞAR XƏBƏRLƏR

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulka...

Bakıda bu ərazidə yeni park salınacaq

Bakının Nəsimi rayonunda yeni park salınacaq.   Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əld...