Əflatun Amaşov Milli Məclisdə saytların məsələsini qaldıracaq - Büdcədən maliyyə ayrılmalıdır

Əflatun Amaşov Milli Məclisdə saytların məsələsini qaldıracaq - Büdcədən maliyyə ayrılmalıdır
 

"Media ombudsmanı ilə bağlı bir neçə dəfə parlamentdə fikirlərimi, irad və təkliflərimi səsləndirmişəm. Hələlik elə bir yenilik yoxdur”. 

Sfera.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov media ombudsmanı ilə bağlı danışarkən bildirib:

"Ancaq  Milli Məclisin payız sessiyalarında media ombudsmanı ilə bağlı təkliflər səslənərsə, mən də öz fikirlərimi bildirəcəm”, - deyə deputat əlavə edib.

Əflatun Amaşov  onlayn mediadan da söz açıb:

"Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirəcəyini söyləyib:

"Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki,  bu mövsümdən başlayaraq Milli Məclisdə məsələ gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən, hər hansı onlayn internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır:

"Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.


OXŞAR XƏBƏRLƏR

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulka...

Bakıda bu ərazidə yeni park salınacaq

Bakının Nəsimi rayonunda yeni park salınacaq.   Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əld...