Anası SSRİ-nin ən məşhur müğənnilərindən idi, indi oğlu küçələrdə yaşayır.. - VİDEO

16:50 / 05.09.2019
2015
SSRİ əməkdar artisti, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.
Sfera.az-ın məlumatına görə, sənətkarın oğlu azxeber.com-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.
Qabil Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır: "Mənim 74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik "butka"da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər.
Qabil Mehrəliyevin saytımıza video açıqlamasını təqdim edirik: