Bakıda icra hakimiyyətinin işçisi iş başında öldü - XƏSTƏXANAYA ÇATDIRILSA DA...

11:27 / 05.09.2019
1957
Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib.
Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.