Uelsli futbolçu: “Azərbaycanla görüşdən qalib ayrılacağıq”

Uelsli futbolçu: “Azərbaycanla görüşdən qalib ayrılacağıq”
 

"AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununa hazırlığı davam etdiririk. Lakin hamımız start heyətində yer ala bilmərik”. 

APA-nın məlumatına görə, bunu Uels milli komandasının futbolçusu Tom Lourens deyib.

25 yaşlı hücumameylli yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla sentyabrın 6-da keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb. T.Lourens final mərhələsinə vəsiqə barədə düşündüyünü gizlətməyib: "Azərbaycanla qarşılaşmada meydana çıxacağımız anı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu görüşdən qalib ayrılacağıq. Qaret Beyl öz oyununu göstərəndə dünyanın ən yaxşılarından biridir. Onun millimizin heyətində matça çıxması Uels üçün əlavə üstünlükdür. Amma hər şeyi təkcə onun öhdəsinə buraxa bilmərik. Digər oyunçular da çalışıb komandaya kömək etməlidirlər. Zədə səbəbindən AVRO-2016-nın final mərhələsindən kənar qaldım. Növbəti böyük turnirdə oynamaq istəyirəm. Uzun yol qət etmişəm və final mərhələsinə düşmək üçün alışıb-yanıram”.

 

Qeyd edək ki, Uels – Azərbaycan matçı Kardiffdə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...