Azərbaycanda Qızıl Orduya məxsus partlamamış hərbi sursatlar tapıldı - FOTOLAR

20:01 / 04.09.2019
2380
1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı silah anbarının partlaması nəticəsində 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb.
Sfera.az baku.ws-ə istinadən məlumata görə, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu ilin yanvar ayından bu günədək kənd ərazisində axtarışlar aparır.
Bu günədək 1000-dək müxtəlif adda silah-sursat, partlayıcı maddə, mərmi başlıqları və.s tapılıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik artıq 9 aydır ki, Saloğlu kənd əraizisində təmizlik işləri gedir.
Bu kənddə hazırda təhlükəli vəziyyət davam edir.
Əhali silahların istifadəyə yararsız olduğunu zənn edib həyət-bacada müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn evlərin birində "Qrad” mərmiləri dayaq olaraq yerə basdırılıb.
Kənd ərazisində hər hansı bir xoşagəlməz halların yaşanmaması üçün ANAMA-nın əməkdaşları sakinlərlə vaxtaşırı söhbətlər edir, maarifləndirici lövhələr asırlar.
Qəsəbə ərazisində təhlükəsizlik tədbirləri və əhalinin gündəlik hərəkəti nəzərə alınaraq axtarışlar davam etdirilir.