Kürdəmirdə avtoyuyucu müştərinin avtomobilini qaçırdı

Kürdəmirdə avtoyuyucu müştərinin avtomobilini qaçırdı
Kürdəmir rayonunda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Yerli sakin Rəşad Sadıqovun yuduzdurmaq üçün məntəqəyə gətirdiyi "Hyundai" markalı avtomobili orada çalışan işçi tərəfindən yuyulduqdan sonra qaçırılıb.

Bununla bağlı avtomobilin sürücüsü R.Sadıqov Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Kürdəmir RPŞ-nin rəhbərliyi tərəfindən yaradılmış əməliyyat istintaq qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahsevən kənd sakini Abdullayev Aslan Mahmud oğlu Ağsu rayon Çiyni kəndi ərazisində qaçırılmış avtomobillə saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib və istintaq bölməsinə təqdim olunub.

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR